Ənənəvi tədris bərpa olunacaq - Türkiyəli nazir açıqladı

"
Bütün məktəblər vaxtında açılacaq. Üz-üzə keçirilən təhsildən vazkeçməyimiz qəti mümkün deyil".Bakupost.az türk mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Nazir bildirib ki, ənənəvi tədris bərpa olunacaq.
"Bütün səviyyələr üzrə təhsil fasiləsiz davam etdiriləcək. Peyvəndolunma prosesi aparılacaq. Şagirdlərin yoluxması ilə bağlı mütəmadi yoxlamalar aparılacaq", - deyə F.Qoca qeyd edib.
Tarix: 12-08-2021, 10:34