Moskvada evdə əl qumbarası partladı - İki nəfər öldü


Rusiyanın paytaxtı Moskva şəhərindəki evlərin birində “F1” əl qumbarasının partlaması nəticəsində iki nəfər ölüb.
Unikal.org “TASS”a istinadən xəbər verir ki, 14 yaşlı yeniyetmə hadisə yerində, daha bir şəxs təcili yardım avtomobilinə aparılarkən ölüb. Digər, 12 yaşlı uşaq isə  reanimasiyadadır. 
İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb, araşdırma aparılır.
Tarix: 22-08-2021, 08:24
Xəbəri paylaş





Xəbər lenti