Pentaqon Əfqanıstana əlavə qüvvə göndərilməsi məsələsinə aydınlıq gətirib

Pentaqon ABŞ vətəndaşlarının Əfqanıstandan çıxarılması üçün Ağ evdən əlavə hərbi qüvvə istəməyib.
APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib.
“İndiki məqamda qabağa qaçmağa gərək yoxdur. Hələ ki, bu missiya üçün əlavə qüvvələr istəməyə ehtiyac yoxdur”, - o deyib.
Pentaqonun məlumatına görə, iyulun sonundan bu yana ABŞ Kabildən 42 min insan çıxarıb. Son sutka ərzində bu rəqəm 16 min nəfər olub.
Tarix: 23-08-2021, 21:53