Taliban hökuməti ilə əlaqələr qurmalı olacağıq - Rusiya



Taliban hərəkatının hakimiyyəti ələ alması danılmaz həqiqətdir. Bu səbəbdən Əfqanıstanda yeni vəziyyəti qəbul edərək yeni hökumətlə qarşılıqlı əlaqələr qurmalı olacağıq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov çıxış edib.
"Düşünmürəm ki, Taliban ideologiyasını qonşu ölkələrə ixrac etməyə çalışacaq və bununla məşğul olacaq. 20 il əvvəlki hadisələrdən dərs aldılar. Bəli, onlar Üsamə ben Ladenin ideoloqları olduğu dönəmdə eləydilər", - Kabulov vurğulayıb.
Tarix: 29-08-2021, 08:50
Xəbəri paylaş





Xəbər lenti