Kabil hava limanı tamamilə “Taliban”ın nəzarətindədir
Kabil hava limanı Əfqanıstanda hakimiyyəti ələ alan radikal “Taliban” hərəkatının tam nəzarətinə keçib.Pravda.az xəbər verir ki, bu barədə “Əl -Cəzirə” telekanalı “Taliban” liderliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Taliban” nümayəndəsinin sözlərinə görə, ABŞ qüvvələri çıxdıqdan sonra Kabil hava limanı artıq tamamilə onların nəzarətindədir.
Tarix: 31-08-2021, 07:58