Lavrovdan sensasion açıqlama: “Biz futbola baxırdıq, Davudoğlu və Nalbəndyan isə...”



Rusiyanın xarici işlər naziri Sürix prokollarının imzalanması ərəfəsində baş verənləri açıqladı: Nalbəndyana ünvanladığı 6 sözdən ibarət kağız-notda nə yazılıbmış?

Rusiya xarici işlər naziri Sergey Lavrov 2009-cu ildə Ermənistan-Türkiyə protokollarının imzalanması ərəfəsində Ermənistanın o zamankı xarici işlər naziri Edvard Nalbandyana ünvanladığı 6 sözdən ibarət kağız-not barədə məlumat varib.
"Armenpress" in xəbərinə görə, təhsillə bağlı keçirilən tədbirdə iştirakçılarından biri 2009 -cu ildə Ermənistanın o zamankı xarici işlər naziri Edvard Nalbəndyana qısa not göndərdiyini xatırladıb. “Notda yalnız 6 söz yazmısınız: "Edvard, heç bir açıqlama vermədən mərasimə razı ol." İştirakçı “bu 6 sözlə erməni həmkarınızı müqaviməti dayandırmağa necə inandırdınız ” deyə, soruşub.

Sergey Lavrov cavabı belə olub: "Bu mövzunu araşdırmısınızsa, onun kontekstini də təqdim etməlisiniz. Kontekst elə idi ki, 2008 -ci ildə erməni dostlarımız bizə deyirdilər ki, türklər diplomatik münasibətlərin bərpası, münasibətlərin normallaşdırılması, əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəlməyi təklif ediblər. Dedik ki, bu çox yaxşıdır, amma ön şərtlər varmı? Xeyr, heç bir ön şərt yox idi. Sonra prokolları imzalamağa gəldik. Sürixdəki tədbirdə Ermənistan və Türkiyə xarici işlər naziri(Əhməd Davudoğlu) ilə bərabər, ABŞ -ın o vaxtkı dövlət katibi Hillari Klinton, Avrop Birliyinin nümayəndəsi və mən iştirak edirdim. Biz vacib tarixi hadisənin şahidi olmalıydıq. Amma türk həmkarlarımız Dağlıq Qarabağla bağlı bir qeydin yazılacağı təqdirdə protokolları imzalayacaqlarını bildirdilər. Bu isə Ermənistanın mövqeyi ilə ziddiyyət təşkil edirdi. Əvvəldən də həmkarlarıma demişdim ki, protokolun heç bir ilkin şərt olmadan imzalanacağına inanmıram. Hamı artıq imzalanma üçün gəlib və belə bir çıxmaz vəziyyət yaranıb... Nəticədə, türkiyəli həmkarımız bu formal şərtin aradan qaldırılmasına razılıq verdi, lakin erməni həmkarları bildirdilər ki, Ermənistan Dağlıq Qarabağ məsələsində öz mövqeyini bildirəcəyi bəyanat verməlidirlər. Sonra türkiyəli nazir dedi ki, əgər sən açıqlama versən, mən də açıqlama verəcəyəm. Sonra oturduq, biz futbol seyr etdik, iki nazir isə gecə yarısına qədər mübahisə etdilər. Artıq başa düşdük ki, bu vəziyyətdən çıxmalıyıq. Bu səbəbdən ona(erməni nazirə) şərh mövzusunda israr etməməsi üçün dediyiniz notu yazdım. Və nəticədə sənədlər imzalandı, lakin sonradan eyni səbəbdən "yoxa çıxdı", çünki tərəflərin Qarabağ tənzimləmə prosesi ilə bağlı fərqli fikirləri var idi ".



Rusiya xarici işlər naziri əlavə edib ki, indi Dağlıq Qarabağdakı müharibə bitdi, siyasi prosesin, nəqliyyat və iqtisadi əlaqələrin bərpası üçün yaxşı əsaslar var, Ermənistan və Türkiyənin münasibətləri normallaşdırmaq səylərini yenidən bərpa etməsi məntiqli olardı. Sergey Lavrov bu prosesi fəal şəkildə dəstəkləməyə hazır olduqlarını vurğulayıb.
Tarix: 3-09-2021, 20:38
Xəbəri paylaş





Xəbər lenti