Gürcüstanda dövlət bayraqları endirilib - Suxumi şəhərinin süqutunun 28-ci ildönümü tamam olur
Bu gün Suxumi şəhərinin süqutunun 28-ci ildönümü tamam olur.“Report”un yerli bürosu xəbər verir ki, Abxaziya müharibəsində həlak olanlarının xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstanda bütün inzibati binalarda dövlət bayraqları endirilib.
Qeyd edək ki, Abxaziyada hərbi qarşıdurma 1993-cü il avqustun 14-də başlayıb. 13 ay 13 gün davam edən münaqişədə 12 mindən çox insan həlak olub, 300 min nəfər, əsasən də etnik gürcülər qaçqın və məcburi köçkünə çevrilib.
Siam.az
Tarix: 27-09-2021, 08:47