“Military Times”: ABŞ üçün ən ciddi təhdid Rusiyadır, amma Çin təhlükəsı daha böyükdür...
Hazırda ABŞ üçün ən ciddi təhlükə Rusiyadır, lakin uzunmüddətli perspektivdə Çin Vaşinqton üçün daha təhlükəlidir. Moderator.az bildirir ki, bu barədə “MilitaryTimes” qəzeti RAND Corporation araşdırma mərkəzininhesabatına istinadla yazıb. Hesabatda qeyd olunur ki, Çinin böyük resursları və ambisiyaları var, buna görə də Vaşinqtonla Pekin arasındakı münasibətlərdəki istənilən pisləşmə qlobal qeyri-sabitliyə səbəb ola bilər.
Birləşmiş Ştatlar Əfqanıstanı tərk etməklə 20 il davam edən müharibəni sona çatdırsa da, Amerika hələ də gücü onunla təxminən bərabər olan bir sıra dövlətlərin təhdidləri və çağırışları ilə üzləşir.
Çinin Tayvan yaxınlığında aviasiya gücünü getdikcə daha tez-tez nümayiş etdirdiyi və Rusiyanın Ukrayna ilə ölüvay müharibəni davam etdirdiyi bir vaxtda RAND Corporation araşdırma mərkəzi bu ehtimal olunan rəqiblərin ABŞ və müttəfiqləri üçün potensial təhlükə olduqlarını nəzərdən keçirib.
Təşkilatın hesabatında bu güclərin 1946-cı ildən bəri olan hərbi əməliyyatları araşdırılıb. Xüsusilə bu qrupa müqavimət dəstələrinə qarşı mübarizə, ələ keçirmələr, kəşfiyyat, hərbi toqquşmalar və sair kimi fəaliyyətlər daxildir. Eyni zamanda sənədin müəllifləri belə əməliyyatların daha tez-tez baş verdiyi qənaətinə gəliblər və maraqlıdır ki, bu tendensiya əsasən Çin tərəfindən müşahidə olunur. Buna baxmayaraq, belə hərbi əməliyyatlar, soyuq müharibələr dövründən fərqli olaraq, tez-tez baş vermirdi. Bununla yanaşı, ABŞ, Çin, Rusiya və İran da daxil olmaqla, rəqib dövlətlər arasında gərginliyin artmasına bir neçə faktor təsir edə bilər.
Tədqiqatçılar həyəcan siqnallarını və ABŞ-ın bunlardan hansına xüsusi diqqət yetirməli olduğunu müəyyənləşdirmək üçün bu ölkələrdən gələn tarixi məlumatları təhlil ediblər. Müdaxilə ehtimalını müəyyən etmək üçün dörd faktordan istifadə edilib: geosiyasi, daxili siyasi, ideoloji və hərbi. Müəlliflərin sözlərinə görə, bu amillərin hər biri gələcəkdə düşmən münasibət göstərə biləcək bir neçə alt faktoru ehtiva etsə də, müdaxiləyə səbəb olacağına zəmanət verən məqamları təyin edə bilməyiblər.
Eyni zamanda RAND Corporation araşdırma mərkəzi böyük resursları və sərhədlərini aşan ambisiyaları olduğu üçün Çinin ən böyük təhlükə olduğu qənaətinə gəlib. Mərkəz eyni zamanda ABŞ-Çin münasibətlərində hansısagözlənilməz pisləşmənin tezliklə qeyri-sabitliyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bu arada bütövlükdə Rusiyada artan hərbi fəallıqKremldən gələn təhdidin Pekin təhlükəsindən daha ciddi ola biləcəyini göstərir. Anacaq tədqiqatçılar hesab edirlər ki, daxili amillər Rusiyanı müdaxiləyə sövq edə bilməz.