ABŞ 27 ədəd F-35-i bu ölkəyə yerləşdirir



ABŞ Böyük Britaniyadakı Leykenhit aviabazasına 27 ədəd beşinci nəsil F-35A qırıcısını yerləşdirməyə başlayacaq.
Axar.az xəbər verir ki, bu barədə təyyarələrin yerləşdiriləcəyi 495-ci eskadrilyanın komandiri polkovnik-leytenant Ayan Maklaflin məlumat verib.
O, prosesin qarşıdakı aylarda başlayacağını söyləyib.
Qeyd edək ki, bu, təyyarələrin ABŞ xaricində ilk daimi bazası olacaq.
Tarix: 3-10-2021, 08:57
Xəbəri paylaş





Xəbər lenti