“Belarus diktatoru Avropanı miqrantlarla şantaj edir...” - Almaniya prokurorluğu araşdırma aparır

“Belarus diktatoru Avropanı miqrantlarla şantaj edir...” - Almaniya prokurorluğu araşdırma aparır
 

Almaniya Lukaşenko ilə qeyri-qanuni mühacirlərin köçürülməsi arasında əlaqə axtarmağa çalışır

 
Almaniyada Belarus prezidentinin miqrasiya böhranı ilə əlaqəsinin olub-olmamasını araşdırmağa çalışırlar - avqust ayından bəri ölkəyə 4 minə yaxın qanunsuz miqrant gəlib. Aİ-də hesab edirlər kiAleksandr Lukaşenko bununla sanksiyaların ləğvinə nail olmağa çalışırOnun özü iddia edir kiYaxın Şərqdən miqrant axınının qarşısını almaq üçün Minskin resursları yoxdur və bu axının artmasında avropalılar özləri məsuliyyət daşıyır.
 
Almaniya prokurorluğu Belarus prezidenti Aleksandr Lukaşenkonun qanunsuz miqrantların Almaniyaya köçürülməsində iştirakını araşdırırModerator.az bildirir ki,bu barədə mənbələrə istinadən Almaniyanın məşhur “Bild” nəşri xəbər verir.
 
Qəzetin yazdığı kimiAlmaniya hökuməti hesab edir kiLukaşenko miqrasiya böhranı ilə Avropa ölkələrini şantaj etməklə, əslində Belarusa tətbiq olunan iqtisadi sanksiyaların ləğvinə nail olmağa çalışır.
 
AFR federal polisinin verdiyi xəbərə görə, avqust ayından bəri Belarusiya üzərindən Almaniyaya 4000-ə yaxın qanunsuz mühacir gəlibyalnız oktyabr ayının ilk həftəsində onların sayı 1183 nəfər olub və bu tendensiya getdikcə artırAlmaniyaya əsasən Yaxın Şərqdən olan qaçqınlar gəlirCümə axşamı Almaniya-Polşa sərhədində hüquq-mühafizə orqanları kiçik qruplarla sərhədi keçməyə çalışan 58 nəfəri saxlayıb və cümə günü Almaniya ərazisinə qanunsuz 291 keçmə hadisəsini qeydə alıbQanunsuz mühacirlərin demək olar kihamısı İraq və Suriyadan olan gənclərdir.
 
Bildin məlumatına görə, miqrantların Almaniyaya səyahəti BağdadDubayBeyrut, İstanbulDəməşq hava limanlarından başlayır. Belarus onlara tələbə vizası verir və Minskə gəldikdən sonra ölkə  sərhəd xidmətinin əməkdaşları hərbçilərin müdaxiləsi ilə qanunsuz mühacirləri Polşa sərhədinə çıxarırlar. Bundan sonra onlar artıq sərbəst şəkildə Almaniyaya və digər Aİ ölkələrinə keçirlər. Qaçqınlar viza və Belarus-Polşa sərhədinə çıxmaq üçün təxminən 4000 avro ödəyirlər.
 
Sərhədlərdə miqrantlarla bağlı problemlər Avrozona ölkələrində iyul ayında başladı - böhran Litva, Latviya, Estoniya, Polşa tərəfindən elan edildi. Qeyri-qanuni mühacirlər bu ölkələrə Belarus ərazisindən daxil oldular. Aİ hesab edir ki, böhran Belarus məmurlarına qarşı iqtisadi sanksiyalara və şəxsi məhdudiyyətlərə cavab olaraq Minsk tərəfindən süni şəkildə yaradılıb. Avropa və ABŞ may ayında RyanAir təyyarəsinin endirilərək Nexta Telegram-kanalının baş redaktoru Roman Protaseviçin saxlanılmasından sonra sanksiyalar tətbiq etdi.
 
Baltikyanı ölkələr Belarusdan miqrant axınının bir neçə həftə ərzində on qat artdığını bildirdilər. Belarusiya ilə ümumi sərhədin bəzi bölgələrində tikanlı məftillərdən divar tikmək niyyətindədirlər. Polşa kimi bəzi ölkələr qanunsuz mühacirləri geri göndərirlər. Bu səbəbdən Polşa və Belarus sərhədçiləri arasında qarşıdurmalar yaranır. Oktyabrın 8-də Polşa sərhəd xidmətinin mətbuat katibi Anna Mişalska belarusların sərhəd keşik çəkən Polşa hərbçilərinə atəş açdığını bildirib. Heç kim zərər görməyib, görünür, boş patronlardan istifadə edilib. Sentyabrın sonunda sərhəd zonasında ölən üç miqrantın cəsədi tapılıb.
 
Oktyabrın 9-da İsveç müdafiə naziri Peter Hultkvist Rusiyanı miqrasiya böhranı yaratmaqda günahlandırdı. “Düşünürük ki, bu gün müzakirə etdiyimiz kimi, bütün bunların arxasında Rusiya dayanır. Onun sözlrinə görə, Moskva Minskə təsir edir və bununla da Avropadakı vəziyyəti gərginləşdirməyə çalışır.
 
Lukaşenkonun özü bəyan edib ki, Belarus hökuməti Yaxın Şərqdən Aİ-yə miqrant axınının artmasında iştirak etmir. Onun sözlərinə görə, böhranın günahkarı avropalıların özləridir, çünki onlar başqa ölkələrə qanunsuz müdaxilə edib orada müharibələr törədərək humanitar fəlakət təşkil edirdilər. Eyni zamanda o, iyulun əvvəlindən Belarus sərhədçilərinin bunun üçün resurs və vəsait çatışmazlığı səbəbindən qeyr-qanuni miqrasiyanın qarşısını almadıqlarını bildirib.
 
Lukaşenko avropalılara qeyri-qanuni mühacir axınının öhdəsindən gəlməyə kömək etməyə hazır olduğunu söyləyib, amma pulsuz yox. Avqust ayında o, Aİ ölkələri hökumətlərinin geri qaytarmağa çalışdığı qaçqınların Belarus ərazisinə girməsinin qarşısını almaq üçün sərhədçilərə və hərbçilərə ölkənin qərb və cənub sərhədlərini gücləndirməyi tapşırıb.
Tarix: 11-10-2021, 08:49
Xəbəri paylaş





Xəbər lenti