Yaponiyanın artıq yeni Baş naziri var.Hələlik onu başqalarından fərqləndirən cəhət yubiley, yəni yüzüncü Baş nazir olmasıdır.
Cebhe.info xəbər verir ki, söhbət 64 yaşlı Fumio Kisidadan gedir.
Sələfi Esixide Suqa hökumətə bir ildən az müddətdə rəhbərlik etdi və artan COVID-19 hadisələrinə, xalqın narazılığına baxmayaraq, ölkədə Yay Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı mübahisəli qərarı ilə yadda qaldı. Yeni Baş nazirə çətin bir miras qoydu, bu, ölkədəki çətin epidemioloji vəziyyət, Çinin artan gücündən narahatlıq və Rusiya ilə sülh müqaviləsinin imzalanması ilə bağlı tam qeyri-müəyyənlikdir. Ancaq Rusiya -Yaponiya münasibətlərindəki problem Kisidaya daha tanışvə yaxındır. O, xarici işlər naziri olduğu müddətdə rusiyalı həmkarı Sergey Lavrovla dəfələrlə danışıqlar aparıb və hətta onların birgə içdikləri də deyilir. Fumio Kisida nə ilə tanınır, bu siyasətçidən gözləntilər nədir, Rusiya ilə uzunmüddətli münaqişəyə son qoyacaq Baş nazir olma ehtimalı nə qədərdir?
Ailədən gələn siyasətBir çox yapon siyasətçisi kimi, Kisida da üçüncü nəsil irsi məmurdur. Atası və babası Hirosima dairəsindən Yaponiya parlamentinin üzvləri olublar. Nazirlər Kabinetinin yeni rəhbəri 1991-1993-cü illərdə Yaponiyanın Baş naziri olmuş Kiiti Miyadzavenin uzaq qohumudur. “Yaponiya üçün bu, olduqca tipik bir mənzərədir, siyasət nəsildən-nəslə ötürülür. Bu mənada Kisidanın Baş nazir postundakı sələfi, fermer ailəsində böyüyən və aşağıdan yuxarıya doğru yol alan Suqa istisnadır”, - deyə Rusiya Elmlər Akademiyası Uzaq Şərq Araşdırmaları İnstitutunun Yapon Araşdırmaları Mərkəzinin rəhbəri Valeri Kistanov deyir.
Oxumaqdan çox oynamağı sevirdi
1970-ci illərdə Kisidanın atası Nyu-Yorkdakı bir yapon ticarət missiyasında çalışıb, buna görə də gələcək Baş nazir uşaqlığını ABŞ-da keçirib. Burada ən adi Amerika məktəbində oxuyub. Yaponiyaya qayıdaraq nüfuzlu Vaseda Universitetinə yalnız dördüncü cəhdlə daxil olmağı bacarıb. Doğrudur, qəbulun bütün çətinliklərinə baxmayaraq, gələcək siyasətçi universitet illərində oxumaqdan daha çox basketbol oynamağı sevirdi. Özü də bunu gizlətmir.
Fırlanan qapılarda fırlanan siyasətçilər
1982-ci ildə özünü bank işində sınamaq qərarına gəlib, amma tezliklə fikrini dəyişib. Atasının və babasının izi ilə gedib. Beləliklə, Yaponiya siyasi Olimpinin ən zirvəsinə səyahət başlayıb. Artıq 1993-cü ildə Kisida Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü idi.
2007-ci ildə Okinava və Şimal Əraziləri (Yaponiya Tokio ilə Moskva arasında ərazi mübahisəsinin mövzusu olaraq qalan Kuril adalarının cənubunu belə adlandırır-red.) İşləri Nazirliyinə rəhbər təyin olunub. Beləliklə, Yaponiya hökumətində ilk vəzifəsini alıb. Karyerasındakı ilk addımlar Yaponiya siyasətində mütəxəssislərin tez -tez
"fırlanan qapılar dövrü” adlandırdıqları çətin bir dövrə düşüb. 2006-2012-ci illərdə ölkədə altı Baş nazir dəyişdirilib. Baş nazirlərin dəyişdirilməsi ilə yanaşı, Kisidanın Nazirlər Kabinetindəki rolu da dəyişib. Cəmi bir il Şimal Ərazilərinin naziri olaraq çalışdı. Sonra İstehlak Məsələləri və Qida Təhlükəsizliyi Nazirliyinə, ardınca Elm və Texnika Nazirliyinə rəhbər təyin olundu.
Rekorda imza atdı
2012 -ci ildə, hakim Liberal Demokrat Partiyası daxilində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən və onu ölkənin ən nüfuzlu siyasətçilərindən birinə çevirən ən qədim, eyni zamanda ən güclü fraksiyalardan birinə rəhbərlik edib. Eyni ildə Kisida Sindzo Abe hökumətində xarici işlər naziri vəzifəsini təhvil alıb. Kisida hökumətdə təmsilçiliyi zamanı daha bir rekorda imza atıb. Təxminən beş il ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik edib. Bu, ölkənin müharibədən sonrakı tarixində bütün sələflərindən daha uzun müddət idi.
İçkini sevir, Lavrovla içməyi isə lap çox sevirKisida ABŞ Prezidenti Barak Obamanın Hirosimada atom bombası nəticəsində həlak olanların xatirəsini ziyarət etməsinin təşkilatçısı kimi də xatırlanır. Bundan əlavə, diplomat rusiyalı həmkarı Sergey Lavrovla dəfələrlə görüşüb, hətta içki içməyi də bacarıb. Kisida həm də içkiyə sevgisi ilə də tanınır. Onun sözlərinə görə, alkoqol yapon diplomatiyasında çox önəmli yer tutur.
Yapon diplomat deyir ki, bir dəfə Moskvada işçi naharlardan birində nümayəndə heyətinin üzvlərinə bir stəkan araq verilib və bütün söhbət boyunca stəkan səxavətlə doldurulub. Kisida Lavrovun Yaponiyaya növbəti səfərində onun qarşısına oxşar hiylə ilə çıxmağa söz vermişdi, ancaq rus arağı ilə yox, yapon sakesi ilə. Ancaq “döyüş”ün olub -olmaması və kimin qalib gəlməsi barədə tarix hələlik susur.
Hökumətdə birinci adam, evdə isə hamam təmizləyən…Yaponiya mətbuatı yazır ki, Kisida insanları başa düşmək və başqalarını dinləmək qabiliyyəti ilə seçilir, lakin ünsiyyət qabiliyyətindən məhrumdur. Kisidanın ofisində üç portret asılır: baba Masaki, ata Fumitake və Miyadzava. Miyadzava ümumiyyətlə, yeni Baş nazir üçün nümunədir. Belə ki, siyasətçi tez -tez Miyadzavanın sözlərini təkrarlamağı sevir:
"Hakimiyyətdə olanlar təvazökarlığı unutmamalıdır".Hökumtin yeni rəhbəri bu sözlərə əməl edir. Məsələn, restoranlarda daha ucuz yeməklər sifariş edir və kiçik masalarda oturur. Ev işləri ilə məşğul olmaqdan çəkinmir, evdə qab -qacaq yumaq və hamamı təmizləmək onun boynunadır. Ailədə vəzifə bölgüsünda Kisidaya bu iki vəzifə düşüb.
Gizli oyunlar
Kisida ilk dəfə 2016 -cı ildə Baş nazir olmaq ambisiyalarından danışıb. Ancaq belə bir fürsət özünü 2020 -ci ildə Abenin sağlamlıq səbəbiylə istefa verməsi ilə ortaya çıxıb. Ancaq seçkilərdə hakim LDPJ-nin lideri Suqa qalib gəlib və avtomatik olaraq Baş nazir olub. Kisidaya etimad göstərənlərdən birinin dediyinə görə, məğlubiyyət Kisida üçün güclü zərbə idi. Siyasətçi yenidən Baş nazir kürsüsü uğrunda mübarizə aparmalı olub -olmayacağına tərəddüd edirdi.
"Ancaq sonra daxilindəki səs onu bu yolda fəaliyyətə itələdi. Namizədliyini irəli sürmək qərarına gəldikdə, axıntı ilə gedən yumşaq xasiyyətli bir insandan əsl döyüşçüyə çevrildi",-deyə millət vəkili Yesimasa Hayashi bildirib.
Göründüyü kimi, mübarizə keyfiyyətləri və yapon partiya siyasətinin incəlikləri birləşərək öz bəhrəsini verib. 29 sentyabrda Kisida Liberal Demokrat Partiyasının sədri seçilib. Bəzi müşahidəçilər üçün hadisələrin bu cür inkişafı sürpriz oldu. Həm ictimai rəy sorğuları, həm də partiyadakı sıravi üzvlərin əhval-ruhiyyəsi tamamilə fərqli bir favoritə-Taro Konoya işarə edirdi.
Rəqibi kimi Kono da ölkənin xarici işlər naziri vəzifəsini yerinə yetirmişdi və uğurlu olmuşdu. 2021 -ci ilin əvvəlində ona peyvənddən məsul nazir vəzifəsi həvalə edildi. Pandemiya Suqaya Baş nazir kürsü bahasına başa gəldisə, Kononun siyasi xal qazanmasına fürsət vermişdi. Rəy sorğularına görə, əhalinin 46 faizi Baş nazir postunda bu siyasətçini görmək istəyirdi. Sorğuda iştirak edənlərin yalnız 17 faizi Kisidanın namizədliyini dəstəkləmişdi.
Kono və Kisidadan başqa, LDPJ sədri postuna iki qadın namizəd də vardı- keçmiş daxili işlər naziri Sanae Takaiçi və Seiko Noda. Ancaq Valeri Kistanovun sözlərinə görə, qadın namizədlərin əvvəlcə şansları olmayıb və bunu Liberal Demokrat Partiyasının rəhbərliyi yaxşı başa düşürdü:
“Yaponiyada qadın Baş nazir odioz hadisədir. Bunun səbəbi müharibədən sonrakı dövrdə bütün demokratik islahatlara baxmayaraq, yapon cəmiyyətində qadınların mövqeyinin çətin olaraq qalmasıdır ".“Köhnə qvardiya” iş başındaNoda və Takaiçi beləliklə yarışdan çıxdıqda, Kono ilə Kisida ikinci tur səsverməyə girəndə əsas rolu ictimaiyyətin və Liberal Demokrat Partiyasının sıravi üzvlərinin əhval -ruhiyyəsi deyil, siyasi elita oynadı. Fraksiya rəhbərləri səslərini Kisidaya verdilər. Kisida köhnə nəslin nümayəndəsi idi və bu, xüsusi rol oynadı. Tokiodakı Tama Universitetinin professoru Brad Qlossermanın fikrincə, qadın namizədlərin "spoyler" kimi istifadə edilməsi də daxil olmaqla, bütün səsvermə prosesi Kisidonun ikinci tura keçməsini təmin edəcək səviyyədə qurulub.
Politoloq Lenta.ru -ya verdiyi müsahibədə Kisidanın LDPY -nin "köhnə qvardiyası”nın maraqlarını daha çox təmin etdiyini bildirib.
Onun sözlərinə görə,
“köhnə qvardiya”ya Suqa kimi status -kvonu qoruyacaq biri lazım idi, Taro Kono isə
"qaranlıq at" kimi tanınır:
"Liberal Demokrat Partiyası rəhbərlikdə yalnız partiyanın sıravi üzvləri arasında deyil, həm də onun xaricində rəğbət bəslənəcək məşhur bir siyasətçi görmək istəsəydi, Kononu seçərdi".Yapon cəbhəsində sakitdirKistanovun fikrinə görə, Kisidanın Baş nazirlikdəki əsas vəzifəsi koronavirusla mübarizə olacaq. Eyni zamanda, xarici siyasətdə də Abe ilə eyni qaydalara riayət edəcək. Kisida hələ Xarici İşlər Nazirliyinin başçısı olarkən adalarla bağlı ərazi mübahisəsini Ukrayna böhranı və Krımın ilhaqı ilə müqayisə etmişdi. O, Kurillə bağlı mövqeyini açıq şəkildə ifadə edərək
“Hər iki halda Rusiya güc tətbiq edib" demişdi. Siyasətçinin Lavrovla spirtli içki içməsinə və Dostoyevskinin romanlarına olan sevgisinə baxmayaraq, yeni Baş nazirdən Rusiya-Yaponiya münasibətlərində əhəmiyyətli irəliləyiş gözləmək olmaz.
Bu, ilk növbədə danışıqların dalana dirənməsi ilə əlaqədardır. Yaponiya Cənubi Kuril adalarının qaytarılmasına dair razılaşmalar olmadan, sülh müqaviləsi bağlamaq istəmir. Rusiya isə sənədin imzalanmasında israr edir.
"Bu, kar və kor arasındakı söhbətə bənzəyir",-deyə Kistanov vurğulayıb.
Qlosserman da onunla razılaşır:
“Tərəflərin güzəştə getməsi üçün heç bir səbəbi yoxdur. Mövcud geosiyasi şəraitdə Yaponiya ilə Rusiyanın bir növ müqavilə bağlaya biləcəyi yeganə variant Moskva ilə Pekin arasındakı münasibətlərin ciddi şəkildə pisləşməsidir. Yaponiyanın heç bir Baş naziri adaları geri qaytarmadan Rusiya ilə sülh müqaviləsi bağlaya bilməz və heç bir Rusiya Prezidenti həmin ərazilərdən imtina etməyəcək”.“Göyərçin”2017 -ci ildə LDPJ Siyasi Şurasının rəhbəri vəzifəsini xarici işlər naziri vəzifəsi ilə əvəz edən Kisida özünü Şindzo Abe ilə qarşı-qarşıya qoydu. Abe daha çox mühafizəkar idi və "şahin"ə bənzəyirdi, Kisida isə özünü liberal və "göyərçin" hesab edirdi. Ancaq indi Yaponiyanın əsas müttəfiqi Pekin və Vaşinqton arasında artan gərginlik qarşısında Baş nazirdən bir partiya funksionerindən daha fərqli keyfiyyətlərə sahib olmaq tələb olunacaq.
Buna görə də seçki kampaniyası zamanı Kisida Çinə qarşı sülhsevər ritorikadan uzaq durub. O, Çində insan haqlarının pozulması ilə bağlı Baş nazirin müşaviri kimi yeni bir vəzifənin təsis olunacağına və Pekinin artan nüfuzu ilə mübarizə aparmaq üçün ABŞ-la, digər həmfikir demokratlarla sıx əməkdaşlıq edəcəyinə söz verib.
Kistanov bildirib ki, bütün bunlar Yaponiyanın yeni Baş nazirinin əsas diqqət mərkəzində Çin və hərbi-siyasi ambisiyaları olacağı qənaətinə gəlməyə imkan verir. Bu məqsədlə Yaponiya hərbi xərclərini və hərbi imkanlarını artırmağa davam edəcək. Qlosserman isə deyib ki, Yaponiyanın bundan artıq Amerika tərəfdarı olacağını təsəvvür etmək çətindir:
"Onlar Vaşinqtonun hər hansı bir təşəbbüsünü dəstəkləyirlər və hətta unudulduqda inciyirlər. Belə ki, Tokio ABŞ, Böyük Britaniya və Avstraliyanın yeni ittifaqına (AUKUS) dəvət olunmadığından çox məyus idi”.Daxili siyasətə gəldikdə, Kisida xüsusən də ölkədə "yeni kapitalizm" yaradacağını vəd edərək bir sıra dəyişikliklər vəd edib:
“İqtisadi artım son dərəcə əhəmiyyətli bir siyasi mövzu olaraq qalır. Amma bu iqtisadi artımın meyvələri düzgün paylanmasa, istehlak və tələbatı stimullaşdırmayacaq, yeni iqtisadi artıma səbəb olmayacaq. Mənfəət bölgüsü olmadan inkişaf olmayacaq. İqtisadi artım dövrü yaratmağa və onun faydalarını paylamağa sadiqəm. İnsanların rifahda yaşaya biləcəyi bir iqtisadiyyat yaratmaq istəyirəm”.Onun sözlərinə görə, kabinetinin prioriteti elm, texnologiya və yenilik olacaq,
“yaşıl texnologiya”lara, süni intellektə, kvant və biotexnologiyaya sərmayə qoyulacaq. Bəlkə də bunlara maliyyə mənbələri tapmaq üçün Kisida Yaponiya birjasına təsir edən kapital mənfəət vergisini artırmağı təklif edib.
Eyni zamanda, bu vəzifələr yeni Baş nazirin Yaponiyanın daxili siyasəti ilə fundamental şəkildə məşğul olmasını əngəlləyir. Bura ölkə Konstitusiyasının 9-cu maddəsinə dəyişiklik etmək də daxildir. Məhz bu maddə ölkənin ordu saxlamq və müharibəyə başlamaq imkanından məhrum edir. Buna görə də Qlosserman yeni rəhbərlikdən gözləntilərini belə 4 sözlə belə ifadə edib:
"Hər şey eyni qalacaq".Suqanın Baş nazir olaraq bir ildən az fəaliyyəti Yaponiyanın yenidən Baş nazir kürsüsündə sonsuz sayda müvəqqəti rəhbərlərlə
“dönən qapılar” dövrünə qayıdacağı qorxusunu artırır. Mütəxəssislər Kisidanın vəzifəsində qalma şansını sələfindən nə qədər uzun sürəcəyini qiymətləndirməkdə çətinlik çəkirlər. Təcrübəsi və siyasi bacarığı nə olursa- olsun, onun necə Baş nazir olacağını indidən söyləmək çətindir.
Bir şey aydındır - çox şey oktyabrın sonuna planlaşdırılan parlament seçkilərinə bağlıdır. Liberal Demokrat Partiyası mövqelərini əhəmiyyətli dərəcədə itirərsə, o zaman Kisida Suqa ilə eyni aqibətlə üzləşə bilər və Yaponiya siyasətinin
"fırlanan qapıları" onu istədiyi vaxtdan tez siyasi Olimpdən uzaqlaşdırar.
Tarix: 11-10-2021, 23:24