Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə kütləvi mitinq keçirilir

Tbilisinin Azadlıq meydanında keçmiş prezident Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçirilən kütləvi mitinq keçirilir. “Mtavari arxi” telekanalının baş direktoru Nika Qvaramiya iştirakçılara üçüncü prezidentin müraciətini oxuyub. M.Saakaşvili Gürcüstana niyə döndüyünü izah edib: “Mənə hətta yaxın olan Ukraynada xoşbəxt ola bilmirəm. Sevimli vətənimdə bu qədər amansızlıq və fəlakətlər gördüyüm zaman mən başqa yerdə ola bilmərəm”.
Siyasətçinin sözlərinə görə, Gürcüstanı Qərb yoluna qaytarmaq lazımdır: “Biz bir yerdə Gürcüstanı demokratiya, islahatlar və inkişaf mayakına çevirməliyik. Gürcüstanı azad və xilas etmək zamanı artıq yetişib. Bu gün birliyə ən çox ehtiyac var”. Mitinq müxalifət liderlərinin çıxışları ilə davam etdirilir. (Report)
Tarix: 14-10-2021, 21:49