Zəngəzurda iri şirkət fəaliyyətini dayandırdı: Ermənilər işsiz qaldı



Ermənistanın Zəngəzur mahalında “Ajdanak” nəqliyyat-tikinti şirkəti işlərini dayandırıb. Nəticədə 1500 erməni işsiz qalıb.
 
Pravda.az xəbər verir ki, şirkət bunun səbəbini hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqələndirir.
 
Səhər saatlarında Qafan polis idarəsinin əməkdaşları bütün avadanlığın müayinə üçün polis bölməsinə çatdırılmasını tələb ediblər. Bu barədə şirkətin Facebook səhifəsində məlumat verilib.
 
Şirkət rəhbərliyi bu tələbi qanunsuz, məntiqsiz və qəbuledilməz adlandırıb.
 
Ermənistan polisi mövzu ilə bağlı şərh verməyib.
Tarix: 31-10-2021, 08:35
Xəbəri paylaş





Xəbər lenti