Bir paytaxtdan digərinə 2,5 saata... - Dünyanın ən sürətli klassik qatarını yaradacaqlar
Rusiya Dəmir Yolları Almaniyanın “Siemens” şirkəti ilə birgə Moskva-Sankt-Peterburq marşrutu üzrə dəmir yolu üçün yeni yüksək sürətli qatarın hazırlanması haqqında saziş imzalayıb. 2028-ciilə qədəristfadəyə verilməsiplanlaşdırılanqatarınortasürəti 360 km/saatolacaqvə o, dünyanınənsürətliklassikqatarı olacaq.
Moderator.az bu barədə Fransanın BFM telekanalına istinadla xəbər verir.
Rusiya “yüksək sürətli qatarlar sektorunda yeni sürətə keçmək” istəyir: Rusiya Dəmir Yolları şirkəti Almaniya nəhəngi “Siemens”lə əməkdaşlıq edərək, Moskva-Sankt-Peterburq magistral yolu üçün yeni qatar hazırlayır. Fransa kanalının verdiyi məlumata görə, layihənin məqsədi ölkənin ən yüklü xəttində orta hesabla 360 km/saat sürətlə hərəkət edəcək, bəzi yerlərdə isə sürəti 400 km/saata çatacaq qatarı istifadəyə verməklə səyahət vaxtını əhəmiyyətli dərəcədə azaltmaqdır. Beləliklə, MoskvadanSankt-Peterburqaqədər 700 kmməsafəniindikikimi 4 saatayox, 2,5 saataqət etmək mümkünolacaq. Bununlabelə, tərtibatçılarbunun üçün çoxiş görməliolacaqlar, onagörə də qatarınistifadəyə verilməsi 2028-ciildəntezbaş tutmayacaq.
“Bizrusiyalı tərəfdaşlabirlikdə yeniməhsulhazırlayırıq. Bu, sadəcə olaraq, 2028-ci ildən Moskva və Sankt-Peterburq arasında saatda orta hesabla 360 kilometr sürətlə hərəkət edəcək sürət qatarıdır”, - deyə BFM TV “Siemens” şirkətinin Rusiyadakı prezidenti Aleksandr Liberovun sözlərini sitat gətirir. Telekanalın məlumatına görə, qatarlar “Siemens” və Rusiyanın “Sinara” şirkətinin birgə müəssisəsi olan “Ural lokomotivləri” zavodunda istehsal olunacaq.
Telekanal xəbər verir ki, layihə uğurlu olarsa, yeni qatar dünyanın ən sürətli qatarlarından birinə çevriləcək və ən sürətli klassik qatar maqnit levitasiya qatarlarından sonra ikinci olacaq.