Xristian ölkəsinin baş naziri müəllimənin hicaba görə işdən çıxarılmasına etiraz etdi...

Müsəlman xanım müəllimin hicab taxdığına görə vəzifəsindən uzaqlaşdırılması qərarına qarşı çoxsaylı müraciətlərlə qarşılaşan Kanadanın Baş naziri Castin Trüdo bir çoxlarının ayrı-seçkilik kimi qiymətləndirdiyi Kvebek qanunlarına qarşı iddialara "qapını bağlamadığını" açıq şəkildə bildirib .
Moderator.az xəbər verir ki, bu haqda "Reuters”(“Reyters”) agentliyi məlumat yayıb.
"Kanadada heç kim geyindiyi şeylərə və ya dini inanclarına görə işini itirməməlidir... Gələcəkdə müəllimənin maraqlarının məhkəmədə təmsil edilməsi üçün, hələ ki, qapıları bağlamamışıq”- C.Trudonun ofisinin elektron məktubunda belə deyilir
Baş nazirin cümə günü verdiyi açıqlama rəhbər vəzifələrdə olan dövlət məmurlarına dini simvollar taxmağı qadağan edən Kvebek qanununa əsasən Çelsidə 3-cü sinif müəlliməsinin işdən uzaqlaşdırıldığı xəbərindən sonra yayılıb.
Bərabərlik üzrə proqram direktoru Noa Mendelson Aviv “Reuters”-ə bildirib ki, problem Kvebek və ya Kanada deyil, universal insan haqlarıdır. “Sonunda işdən çıxarılan, əziyyət çəkən və fundamental hüquqları pozulan insanlardır”...
Tarix: 13-12-2021, 10:17