Qazaxlar qazın bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar - Video
Aktau, Qazaxıstan
Qazaxıstanın Manqistau vilayətinin Janaozen şəhərinin yüzlərlə sakini artıq ikinci gündür ki, qazın bahalaşmasına etiraz olaraq küçələrə çıxıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "KazTAG" məlumat verib. Etirazçıların sözlərinə görə, yanvarın 1-dən maye qazın bir litrinin qiyməti 120 təngəyə (0,27 dollar) qalxıb, sakinlər onun 50-60 təngəyə (0,13 dollar) endirilməsini tələb edirlər. Etirazlar yanvarın 2-də neft monoşəhəri olan Janaozen sakinlərinin vilayət administrasiyasının binasına etiraz edərək şəhərin mərkəzindəki yolda nəqliyyatın hərəkətini dayandırması ilə başlayıb. Manqistau vilayətinin bir neçə kəndində də mavi yanacağın qiymətinin artmasına qarşı aksiyalar keçirilib. Bizimyol.info