"Qazaxıstan müstəqillik əldə etdiyi 30 il ərzində xarici ölkələrdən 376 milyard dollar investisiya cəlb edib".
Sfera.az xəbər verir ki, bunu deputat Etibar Əliyev bildirib. Millət vəkili Arqumentı i faktı qəzetindəki xəbərdən nümunə gətirib:
" 2020-ci ildə ölkəyə ən çox pul Niderlanddan gəlib-30,1 %, ABŞ-13,1%, İsveçrə-10,4 %, Rusiya 7,1 %, Çindən isə 5,6% faiz pul gəlib. Ölkənin ən böyük neft yataqlarının yerləşdiyi Tengizdə hasilatın 75%-nə amerikalılar nəzarət edir".
Deputat sözügedən qəzetin yüksək tirajla çap olunduğuna da diqqət çəkib:
"Biz deyirik ki, qəzet ölüb. Bunu deyənlərə çox sadə bir cavab - "Arqumentı i faktı" qəzeti 1.263.945 tirajla çap olunur".