Rusiya ordusunun itkiləri - İNANILMAZ RƏQƏMLƏR: 19 min hərbçi, 700 tank...

Ukrayna Baş Qərargahı Rusiyanın verdiyi itkilərin sayını açıqlayıb.
Siam.az Teleqraf.com-a xəbər verir ki, Ukrayna tərəfinin açıqladığı rəqəmləri rus ordusunun böyük itkilər verdiyinə dəlalət edir.
Bildirilir ki, fevralın 24-dən başlanan müharibədə indiyə qədər rus ordusunun canlı itkisi 19 mindən çoxdur.
Vurulan tanklar -700 ədəd, zirehli döyüş maşınları- 1895, artilleriya sistemləri - 335, reaktiv yaylım atəşi sistemləri - 108, hava hücumundan müdafiə - 55 ədəd, təyyarələr - 151, helikopterlər - 136, avtomobil texnikası - 1363 ədəd, gəmi və qayıqlar - 7, yanacaq və sürtkü materialları olan çənlər - 76, əməliyyat-taktiki səviyyəli dronlar- 112 ədəd.
Qeyd olunur ki, hazırda məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir.
Qeyd edək ki, Ukrayna tərəfi özünün itkilərinə dair məlumatlar açıqlamır.
Tarix: 9-04-2022, 17:12