Daha bir rus oliqarxı qaçır-Ukraynaya 1 milyard dollar pul təklif edib


 
Rusiyalı oliqarx Mixail Fridman sərvətinin 1 milyard dollarını sahibi olduğu Ukraynanın “Alfa Bank”ına köçürmək istəyir. Rus milyarderin bu yolla Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalardan qurtulmaq istədiyi bildirilir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
“Alfa-Bank-Ukrayna” Kiyevdəki məmurlara Mixail Fridmana şəxsi sərvətinin 1 milyard dollarını banka köçürməsinə icazə verilməsini təklif edib. Bu niyyət may ayından məlumdur. Lakin Ukrayna Mərkəzi bankı 1 milyard dollar məbləğin hazırda təcili sərmayəyə ehtiyacı olmayan və kifayət qədər likvidliyə malik olan bankın öz kapitalından iki dəfə çox olduğunu bildirib.
“Alfa”nın müşahidə şurasının rəhbəri Roman Şpekin sözlərinə görə, səhmdarlar, xüsusən də M.Fridman bankın “idarə oluna bilən səviyyədə qalması” və “Ukrayna iqtisadiyyatının xeyrinə işləməyə davam etməsi” üçün ona dəstək vermək istəyir.
Eyni zamanda, R.Şpek təklif olunan vəsaitin sanksiyaların yumşaldılmasını təmin etmək məqsədi daşıdığı barədə fikirlərə qarşı çıxıb.
Tarix: 9-09-2022, 21:29
Xəbəri paylaş





Xəbər lenti