ABŞ-dan Rusiyaya silah verənlərə sərt xəbərdarlıq
ABŞ Rusiyaya silah-sursat verən, ölkənin hərbi-sənaye kompleksini dəstəkləyən şəxslərə, ölkələrə və şirkətlərə qarşı sanksiyalar tətbiq edə bilər. Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini Valli Adeyemo məlumat verib.
O, nazirliyin məsələ ilə bağlı göstərişlər verəcəyini, Vaşinqtonun bu cür sərt tədbirləri tətbiq etməyə hazır olduğunu və qadir olduğunu bildirib.
Qeyd edək ki, ABŞ artıq Rusiyaya pilotsuz uçuş aparatları tədarük edən İran şirkətlərinə və rəsmilərinə sanksiya tətbiq edib.
Tarix: 14-10-2022, 22:17