Çavuşoğlu: Ermənistanla sərhəddəki yolların bərpası barədə düşünürük


“Ararat Mirzoyanla normallaşma məsələsində hansı addımları ata biləcəyimizi danışdıq”.
 
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla mətbuat konfransı zamanı deyib.
 
“Bunlardan biri də Ermənistanla Türkiyə arasında tarixi İpək yolu körpüsünün bərpasıdır. Bundan başqa, sərhəd-buraxılış məntəqəsinə aparan yolların bərpası ilə bağlı addımlar atmağı düşünürük”, - Türkiyə XİN rəhbəri vurğulayıb./APA
Tarix: 15-02-2023, 13:58
Xəbəri paylaş





Xəbər lenti