GENERALLARLA “VAQNER”İN QOVĞASI BÖYÜDÜ: PUTİNİN “AŞPAZI”NDAN NAZİRƏ İTTİHAM..
“Vaqner”çilərin rəhbəri Yevgeni Priqojinlə Rusiya hərbi rəhbərliyi arasında intriqa böyüyür. Tribunainfo.az yazır ki, Proqijin Müdafiə Nazirliyini onun hərbi şirkətini məhv etməyə cəhddə ittiham edib. Hətta bunu vətənə xəyanət adlandırıb. Priqojinin sözlərinə görə, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov “Vaqner”çilərə silah verilməsini qadağan ediblər.
Tarix: 21-02-2023, 15:36