Çin Yerin məsafədən zondlama peyki “Horus-1”i uğurla orbitə çıxarıb. Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb. Buraxılış ölkənin şimalında“CZ-2C” daşıyıcı raketindən istifadə edilməklə həyata keçirilib. O, “Long March” seriyasının daşıyıcıları arasında ardıcıl 464-cü olub. “CZ-2C” raket daşıyıcısının uçuş çəkisi 242 tona çatıb. O, təxminən 500 km hündürlükdə heliosinxron orbitə 2 tona qədər faydalı yük çıxarmağa qadirdir. Mənbə: TASS