Zaporojyedə Rusiyanın raket hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb
Rusiyanın Ukraynanın Zaporojye şəhərindəki yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb.Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.
Məlumata görə, ölənlərdən biri körpədir. Daha öncə səkkizaylıq qızın ailəsi ilə birgə həlak olduğu bildirilmişdi.
Xilasedicilər 11 nəfər, həmçinin 4 pişik və iti qurtara biliblər.
Qeyd olunub ki, ərazidə axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, martın 2-də səhər saatlarında Rusiya qüvvələri Ukraynanın Zaporojye şəhərindəki yaşayış binasını atəşə tutub.
Tarix: 4-03-2023, 22:18