"Ukrayna Qara dəniz donanmasına hücum edib" - Rusiya MN
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara dəniz donanmasının bazasına hücum edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Rusiyanın Sevastopol şəhərindəki bazasına hücum olub.
Məlumata görə, itki yoxdur.
Tarix: 24-04-2023, 17:57