
Bunu bu gün Milli Məclisin plenar iclasında AMEA-nın müxbir üzvü, deputat Musa Qasımlı bildirib.
M.Qasımlı deyib ki, xaricdə təhsil alanların diplomlarının tanınması məsələsi ilə bağlı çox söz-söhbət gəzir: "Ona görə də Təhsil Nazirliyi xaricdə təhsil alanı çağırmaqla yox, həmin xarici ölkəyə elektron qaydada sorğu göndərməklə həmin şəxsin sərhədi keçib-keçmədiyini, təhsil alıb-almadığını müəyyənləşdirə bilər”.