“Onlar Ermənistandakı Yezidi Kürd icmasının başçısı Aziz Tamoyanla yaxın qohumdurlar...”
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə təmiz Quzey Azərbaycan tükcəsində danışan bir neçə şəxsin erməni işğalı altındakı Şuşa şəhərindəki İsa bulağında yeyib-içməyə hazırlıq görməsini təsvir edən video-görüntülər yayılıb(bax:
http://www.moderator.az/news/276994.html).
Moderator.az-a müraciət edən Bahar Əliyeva adlı fəal oxucumuz bu mövzuda maraqlı iddia ilə çıxış edib. O, bildirir ki, ermənilərə Qarabağ döyüşlərində açıq dəstək verən yezidi kürd ailələri Azərbaycanın müxtəlif məkanlarında, o cümlədən Bakıda azərbaycanlı adı altında yaşayır. Hətta belə ailələrdən biri illərdir ki, onun Maştağadakı bağını zəbt edib.
Oxucumuz yazır:
“Təsəvvür edirsiniz, mən ailəmlə birlikdə Azərbaycanımızın orta göbəyində, Bakının kəndində öz bağımıza gedib-gələ bilmirəm. Yezidilər tərəfindən zəbt olunub. Yezidi quldurlar Qarabağda erməniyə dəstək olur, yaxın qohumları isə Bakı kəndlərində kasıb-kusubun torpaqlarını zəbt edir. Yəqin İsa bulağına yeyib-içmək üçün gedənlər həm də əmilərinə, dayılarına baş çəkməyə gedənlərdir. Belələri ay yarımdan- iki aydan bir İrandan keçib Ermənistana, Qarabağa gedib- gəlirlər...”
Bahar Əliyeva Maştağa qəsəbəsində ona məxsus bağı zorakılıq və qanunsuzluqla zəbt etmiş ana və oğulun adlarını-soyadlarını çəkir. Hətta onların Ermənistandakı Yezidi Kürd icmasının başçısı Aziz Tamoyanla yaxın qohum olduqlarını da iddia edir. Oxucumuz bağının zəbt edilməsi ilə bağlı dəfələrlə əlaqədar qurumlara müraciət etsə də, heç bir nəticə hasil olmadığını bildirir.
Vətəndaş Əliyeva Bahar Əli qızının başına gələnlər barədə geniş müraciəti ilə yaxın müddətdə tanış ola bilərsiniz.
Bizi izləyin!
Sultan Laçın