Hardasınız, ay Qobudakı, Kürdəmirdəki təzə qaçqın evlərini tərifləyən sinəsi ordenli “qəhrəman”lar!..
İşğalçı erməni hərbçilər Azərbaycanın işğal altındakı Cəbrayıl rayon mərkəzində növbəti ağacəkmə kampaniyası keçiriblər.
Moderator.az xəbər verir ki, Xankəndidəki nəşrlərin yaydığı məlumata görə, “Mexakavan” adlandırılmış Azərbaycan şəhərində icma rəhbəri Andranik Safaryanın təşəbbüsü ilə keçirilən aksiyada hərbçilərlə yanaşı, onların ailə üzvləri, uşaqlar və erməni sakinlər də iştirak edib. Cəbrayıldakı iki beşmərtəbənin yanında 40 tut ağacı əkilib.
P.S. Hardasınız, ay Qobudakı, Masazırdakı, Kürdəmirdəki yeni qaçqın evlərini tərifləyən sinəsi ordenli “qəhrəman”lar!..
Sultan Laçın