Azərbaycan Macarıstana 10 min maska ianə edib


macar

“Türk Şurasının daha bir üzv dövləti Macar xalqı ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan hökuməti bu gün səfirliyimizə 10 min maska təhvil verdi”.


Bizimyol.info xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto özünün feysbuk səhifəsində məlumat verib.

Tibbi ləvazimatlar

Nazir bildirib ki, Macarısatana edilən ianəni ən qısa müddətdə sağlamlığın qorunması baxımından ön planda çalışan səhiyyə işçilərinə çatdırılması üçün tədbir görülür.

Xatırladaq ki, 2009-cu ildə Naxçıvanda təsis toplantısı keçirilən və türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılan Türk Şurasında 2018-ci ildən müşahidəçi statusuna malik Macarıstanın paytaxtında 2019-cu ildə sentyabrın 19-da Türk Şurasının Avropa nümayəndəliyi açılıb.

Həmin ilin oktyabr ayında Budapeşt Sənaye Ticarət Palatasının İdarə heyətinin üzvü Yozef Kovaç Daşkənddə keçirilən Türk Sahibkarlıq Sərmayə Forumunun iclası zamanı Macarıstanın Türk Şurasının üzvü olmaq istəyini bildirib.

Tarix: 3-04-2020, 12:25
Xəbəri paylaş





Xəbər lenti