
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun
Tərtər rayonuna səfəri çərçivəsində Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədovla birlikdə BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi tərəfindən Tərtər rayonunda yaradılan Qadın Resurs Mərkəzinin
işi ilə tanış olub. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək
Qadın Resurs Mərkəzinin gənclər və qadınların məşğulluğunun dəstəklənməsi
baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, mərkəz
qadınların iqtisadi və sosial təşəbbüslərinin planlaşdırılması və əlaqələndirilməsi,
potensialın artırılması, sahibkarlıq fəaliyyəti, peşə təhsili üçün imkanların yaradılması və
ictimai dəstək qazanılması üçün ictimai platforma rolu oynayır.
Sonra mərkəzdə “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan
qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan
qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması”
layihəsi təqdim olunub.
Mərkəzin koordinatoru Mərziyyə Qəndilova tədbir iştirakçılarını salamlayaraq, səfirə
rayonda yaradılan Qadın Resurs Mərkəzi tərəfindən görülən işlər barədə məlumat
verib. Qeyd olunub ki, Qadın Resurs Mərkəzi tərtərli qadınlar üçün sosial –iqtisadi
imkanların təmin edilməsində mühüm rol oynayır. O, maliyyə əməliyyatlarının
aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planlarının yazılması
sahəsində təlimlərin keçirildiyini bildirib, qadınların sahibkarlıga cəlb olunması, onların
səmərəli fəaliyyəti istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər barədə
məlumat verib.
Sonra layihənin psixoloqu, hüquqşünas və sosial məsləhətçisi Hümbət Mərdanlı
görülən işlərlə baglı söhbət aparıb.
Tədbirdə layihə və Qadın Resurs Mərkəzi ilə bagli təcrübələri, ehtiyacları və gözləntiləri
öyrənmək üçün Qadın Resurs Mərkəz benefisiarları ilə interaktiv sessiya keçirib.
Sonra məlumatların toplanması, kariyera istiqamətləndirilməsi və kommunikasiya,
təşviqat təlimlərinin iştirakçılarına sertifkartlar təqdim edilib.
Tərtər Gənclər Mərkəzində Qadın Resurs Mərkəzinin otağına baxış keçirilib. Gender
Əsaslı Zorakılığa Qarşı 16 günlük fəaliyyət çərçivəsində Tərtər Qadın Resurs
Mərkəzinin “Hekayəni dəyiş” kvestinin 18 gəncin iştirakı ilə müşahidəsi keçirilib,
sertifikatlar verilib.
Beləliklə, Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus
Aulduninin Tərtər Qadın Resurs Mərkəzinin işi ilə tanışlığı başa çatıb.
Tarix: 29-11-2022, 21:38