Rusiya sərhədləri üzərində görünən ABŞ təyyarələri ciddi narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, kəşfiyyat uçuşu gerçəkləşdirən ABŞ Hava Qüvvələrinə məxsus 2 hərbi təyyarə Rusiya sərhədləri yaxınlığında görülüb.
Müvafiq olaraq Britaniyanın Mildenholl bazasından havaya qalxan "RC-135V" elektron kəşfiyyat təyyarəsi və Estoniyanın Emari aviabazasından havaya qalxan "Boinq-8A Poseydon" təyyarəsi Baltik dənizi və Polşa ərazisində, Kalininqrad vilayətinə yaxın səmalarda kəşfiyyat uçuşu gerçəkləşdiriblər.