“Azərbaycanda əmlakının dəyəri milyonlarla ölçülən zəngin məmurlardan sərvət vergisi almaq lazımdır”
“Növbəti ildən ABŞ-da sərvətinin dəyəri 100 milyon dolları ötən ev təsərrüfatları üçün gəlirlərindən ödənəcək vergi üçün minimum vergi dərəcəsi 20% olacaq. Eyni zamanda yaxın 10 ildə büdcə kəsirini 360 milyard dollar azaltmağa imkan verəcək. Bu təkliflə bağlı təqdim olunan izaha görə, ən zəngin adamlara tətbiq edilən vergi bundan sonra onların müəllim və yanğınsöndürənlərlə eyni vergi ödəməsinin qarşısını alacaq. Azərbaycanda ən azından əmlakının dəyəri milyonlarla ölçülən zəngin məmurlardan sərvət vergisi almaq lazımdır”. Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.
R.Ağayev qeyd edib ki, Abşeron yarımadasında dəniz ətrafında, ölkənin mənzərəli dağlıq ərazilərində bahalı villalardan bələdiyyə büdcələrinə ya ümumiyyətlə, vergi ödənmir, ya da 3-5 manat ödəyirlər: “Həmin milyonluq mülklərin sahibləri Azərbaycansayağı sosial ədalətin simvollarıdır”.
Tarix: 27-03-2022, 23:56