"Aztelekom" məhkəməyə verildi
“Aktif Elektrik” MMC "Aztelekom" MMC-ni məhkəməyə verib. Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə “Aktif Elektrik” Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, “Aktif Elektrik” alqı-satqı müqaviləsi üzrə mübahisələri barədə tələb irəli sürülüb.
İş hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Tarix: 21-04-2022, 11:04