Dünyanın diqqətində olan məsələ: qıtlığın olub-olmaması bundan asılıdır


“Ukrayna məhsul yığımına hazırlaşır”.


Bakupost.az xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıxalın sözlərinə görə, ölkədə əkin sahələri keçən illə müqayisədə 25% az olub.

O bildirib ki, əkin kampaniyası müharibəyə baxmayaraq, ümumilikdə uğurla keçib.


Hökumət üçün məhsul yığımından əvvəl əsas problem keçənilki taxılın ixracı olaraq qalır. Limanların bağlanması ilə əlaqədar ölkədə 23,5 milyon ton taxıl və yağlı bitkilər qalıb. Ukraynanın qərb sərhədində imkanların artırılması üçün tədbirlər görülür.

Aqrar Siyasət Nazirliyi də səyyar taxıl anbarlarının təşkili üzərində işləyir. Bu yolla taxıl anbarının tutumunun 10-15 milyon ton artırıla biləcəyi gözlənilir.

Digər problem isə fermerlərin yanacaqla təminatıdır.

“Hökumət tarixin ən çətin əkin kampaniyasını uğurla həyata keçirmək üçün bütün tədbirləri görüb. İndi biz məhsulu uğurla yığmalıyıq”, - deyə Şmıxal bildirib.


Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra dünyada taxıl qıtlığı başlayıb. Əsas ixracatçı olan ölkələr taxılı satmaqdan imtina edir. Bu səbəbdən Ukraynanın məhsul yığımı region və dünya üçün vacib məqamlardandır.
Tarix: 8-06-2022, 18:16
Xəbəri paylaş





Xəbər lenti