
Trampın BMT Baş Assambleyası çərçivəsində görüşəcəyi liderlər siyahısına Paşinyanın adı salınmayıb.
Məlumata görə, Tramp Assambleya çərçivəsində 6 ölkənin – Fransa, Böyük Britanitya, İsrail, Misir, Yaponiya və Cənubi Koreya liderləri ilə görüşəcək. Həmçinin, BMT baş katibi Antonio Qutterreşlə də görüş planlaşdırılır.
Qeyd edək ki, ABŞ-dakı erməni lobbisi Paşinyanın Trampa görüşünü təşkil etmək üçün dəridən-qabıqdan çıxırdı. Lakin erməni baş nazirin Rusiya prezidenti Vladimir Putinlə görüşü və Ermənistandakı ABŞ laboratoriyalarının rusların üzünə açmaq istəyi Trampın qəzəbinə səbəb olub. (Publika.az)