Tramp Putinlə keçirdiyi "uzun və yaxşı" söhbətdən razı qalıb


Tramp Putinlə keçirdiyi "uzun və yaxşı" söhbətdən razı qalıb
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirib.

Trend-in məlumatına görə, Tramp Putinlə keçirdiyi telefon danışığından razı qalıb. Bu barədə o, "Tvitter" sosial şəbəkəsində yazıb.

"Rusiya prezidenti Putinlə çox uzun və yaxşı söhbət apardıq. Hər zaman dediyim ki, - Rusiya, Çin və digərləri ilə dostluq etmək çox yaxşıdır, pis deyil", - deyə Tramp bildirib.

Digər paylaşımında Tramp Rusiya prezidenti ilə keçirdiyi danışığı "məhsuldar" adlandırıb.
 
Tarix: 4-05-2019, 08:37
Xəbəri paylaş





Xəbər lenti