Bir neçə rayonun başçısı dəyişdiriləcək... - Xətaiyə də başçı təyin olunacaq

Bir neçə rayonun başçısı dəyişdiriləcək...
Bu həftə ərzində bir neçə rayon icra hakimiyyətinin başçısı dəyişdiriləcək. Bu barədə DİA.AZ-a mötəbər mənbəməlumat verib.

Xəbəri verən qaynaq iddia edir ki, yay tətilinə öz vəzifəsində gedə bilməyəcək başçıların sayı 4-dür.

Mənbənin dia.az-a söylədikləri: "Eyni zamanda Xətai rayonuna da bu həftə yeni başçı göndərilə bilər".

Onu da qeyd edəcək mənbə dia.az-a açıqlamasında həm "vurulacaq" başçılar, həm də Xətaiyə kimin təyin olunacağı haqda müəyyən bilgilər verib. Yaxın vaxtlarda daha geniş bilgiləri təqdim edəcəyik. Bizi izləyin...
 
Tarix: 3-06-2019, 15:12
Xəbəri paylaş





Xəbər lenti