Məşhur sabiq nazirlər: kim harada, nə edir...


Onlardan kimisi biznesinə qayıdıb, kimisi pedaqoji fəaliyyətdədir, kimisi də siyasətlə məşğuldur - adlar...

Azərbaycanda zamanında yüksək vəzifədə məmurlar olmuş şəxslər işdən çıxarıldıqdan sonra, demək olar ki, gözə dəymirlər.

Onlardan kimisi keçmiş biznesinə qayıdır, kimisi ahıl dövrünü yaşayır, kimisi başını çətin işlərə qarışdırmaq istəmir, bəziləri pedaqoji fəaliyyət göstərir, istisna halda sabiq nazir və yaxud məmur var ki, siyasətlə məşğul olur.

RÉsul Quliyev ile ilgili görsel sonucu

“Yeni Müsavat” xəbər verir ki, onlardan biri keçmiş spiker Rəsul Quliyevdir. Son dövrlərdə aktiv siyasətə qoşulmayan R.Quliyev vaxtını Amerikada sosial şəbəkələrdə keçirir, feysbukda statuslar paylaşır, fikirlərini açıqlayır.

Tofiq Qasımov ile ilgili görsel sonucu Ä°lgili resim

29 may 1992-ci ildən 2 sentyabr 1993-cü ilə qədər ölkənin Xarici İşlər naziri işləmiş Tofiq Qasımov hazırda həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayır.

Firudin CÉlilov ile ilgili görsel sonucu

Cəmi 4 ay - 12 may 1993-cü ildən 2 sentyabr 1993-cü ilə qədər Təhsil naziri vəzifəsini icra etmiş türkoloq alim Firudin Cəlilov hazırda təhsil eksperti kimi çıxışlar edir.

Xalq Åairi Sabir RüstÉmxanlı ile ilgili görsel sonucu

Xalq şairi Sabir Rüstəmxanlı 1991-ci ildən 1995-ci ilə qədər Mətbuat və İnformasiya naziri vəzifəsini icra edib. Hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.

3-cü MaliyyÉ naziri FikrÉt Yusifov ile ilgili görsel sonucu

3-cü Maliyyə naziri Fikrət Yusifov 1994-cü ildən 1999-cu ilə qədər bu vəzifəni icra edib. 2004-2013-cü illərdə Rusiyanın Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin maliyyə kafedrasının professoru olub. Hazırda iqtisadçı mütəxəssis kimi proqnozlar, təhlillər aparır.

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Azərbaycanın 4-cü Xarici İşlər naziri Tofiq Zülfüqarov 1998-ci ilin mart ayından 1999-cu ilin aprelinə kimi bu vəzifəni icra edib. 2005-2015-ci illər ərzində Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda siyasi ekspertdir.

MüdafiÉ naziri DadaÅ Rzayev ile ilgili görsel sonucu

Müdafiə naziri Dadaş Rzayev bu vəzifəni 23 fevral 1993-cü ildən 17 iyun 1993-cü ilədək icra edib. Hazırda təqaüddədir.

VilayÉt Quliye ile ilgili görsel sonucu

Vilayət Quliyev 1999- 2004-cü illərdə Azərbaycanın 5-ci Xarici İşlər naziri kimi fəaliyyət göstərib. Nazir vəzifəsindən getdikdən sonra Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri (2004-2010) vəzifəsini icra edib. Hazırda Macarıstanda fövqəladə və səlahiyyətli səfirdir.

Namiq Abbasov ile ilgili görsel sonucu

1995-ci ildən 2004-cü ilə qədər Milli Təhlükəsizlik naziri işləmiş Namiq Abbasov hazırda təqaüddədir.

FÉrhad Æliyev ile ilgili görsel sonucu

Sabiqlərdən biri isə İqtisadi İnkişaf naziri olmuş Fərhad Əliyevdir. Həbsdən çıxdıqdan sonra biznes fəaliyyətini bərpa edən F.Əliyev hazırda ölkədə iri layihələrin icrasında iştirak edir.

Æhalinin Sosial MüdafiÉsi naziri Füzuli ÆlÉkbÉrov ile ilgili görsel sonucu

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov yeni şirkət yaradıb. Sabiq nazir ABŞ-ın dünyaca tanınan “Massey Ferguson” şirkətinin Azərbaycanda təmsilçiliyini açıb.

Mayın 15-də prezident İlham Əliyevin iştirak etdiyi sərgidə eks-nazir şirkətin məhsulları ilə bağlı ölkə başçısına təqdimat da edib.

SÉlim Müslümov ile ilgili görsel sonucu

Onun yerinə gəlmiş Səlim Müslümov da vəzifəsini itirdikdən sonra bir müddət istirahət etdi, bir müddət öncə isə Milli Aviasiya Akademiyasının Dünya İqtisadiyyatı kafedrasının müdiri təyin olunub.

Eks-Səhiyyə naziri Əli İnsanov bu ilin martında əfv fərmanı ilə azadlığa buraxılıb və siyasi partiya yaradacağını elan edib.

HeydÉr ÆsÉdov ile ilgili görsel sonucu

Sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədov bu ilin aprelində prezident sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin olunub.

KeçmiÅ NÉqliyyat naziri Ziya MÉmmÉdov ile ilgili görsel sonucu

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədov biznesi ilə başını qatır, iddialara görə, ibadətlə də məşğuldur. Qardaşı, eks-deputat Elton Məmmədov isə Azərbaycan Texniki Universitetində prorektordur.

HeydÉr Babayev ile ilgili görsel sonucu

Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayev də biznesi ilə məşğuldur. Təhsil naziri işləmiş Misir Mərdanov Milli Elmlər Akademiyasında Mexanika və Riyaziyyat İnstitununun direktoru kimi fəaliyyətini davam etdirir.

İlgili resim

2004-2015-ci illər ərzində Rabitə və Yüksək Texnologiyalar naziri işləmiş Əli Abbasov hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri, AMEA prezidentinin müşaviridir.

Eldar Mahmudov ile ilgili görsel sonucu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudov tamamilə kənara çəkilib və biznesinin tam əlindən çıxmadığı bildirilir.

Emil SALAMOĞLU

Tarix: 4-06-2019, 08:36
Xəbəri paylaş





Xəbər lenti