Bu gün musavat.com saytının Facebook və Youtube platformalarında həyata keçirdiyi "Canlı debat"da müxalif cameədə baş verən proseslər müzakirə olunur. Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin də həmmüəllifi olduğu "Köklü islahatlarla dəyişikliklərə doğru" layihəsi, müxalifətdəki birlik modelləri müzakirənin əsas mövzusudur. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə AXP sədri Pənah Hüseyn sözügedən mövzular, habelə gündəmdəki məsələlərlə bağlı fikir mübadiləsi aparır.
Hazırda başlayan bu müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.
Bunun üçün musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.
Youtubedəki səhifəmizin ünvanı: https://www.youtube.com/user/TVmusavat
Facebookdakı səhifəmizin ünvanı: https://www.facebook.com/NewMusavat/?ref=bookmarks