Bir az öncə KXCP sədri Mirmahmud Mirəlioğlu telefon açaraq bildirdi ki, bir neçə gün öncə “AzNews.az” saytına verdiyi müsahibə, bir neçə saytda və xəbər portalında da dərc olunaraq, sosial şəbəkələrdə yayınlanıb.
Taleh Şahsuvarlı, AzNews.az xəbər portalının Baş redaktoru
Müsahibənin xeyli ixtisarla dərc edildiyini və bu səbəbdən də bəzi kontekstdən çıxarmalara, hətta təhrif kimi yozula biləcək məqamlara da yol verildiyini deyən Mirmahmud bəy, müsahibəni götürən müxbirə xəbərdarlıq etməklə, özünün də müsahibənin tamamını audiolentə yazdığını bildirdi və yaxın günlərdə yenidən tam şəkildə dərc ediləcəyini söylədi. Ayrıca müsahibəyə verilmiş sərlövhəni tərbiyəsizlik nümunəsi kimi dəyərləndirdiyini dilə gətirən KXCP sədri, media mənsublarının son vaxtlar dəb halına gələn bu cür hərəkətlərinə qarşı etiraz edərək, mətbuat adamlarını və sayt rəhbərlərini bu cür addımlardan çəkinməyə çağırdı.
Xatırladaq ki, “AzNews.az” saytı müsahibəni
“Allaha, Elçibəyə nə cavab verəcək? – Mirmahmud Mirəlioğlu Əli Kərimlini ağ yuyub, qara sərdi”