“Adamlar var ki, heç Azərbaycan dilini bilmir, vətənini sevmir, amma bu gün vəzifələrdədi...”





“Ən vacibi kadr islahatlarında milli qüruru, millətə bağlılığı olan, dünyada gedən siyasi proseslərlə, daxildəki prosesləri uzlaşdıra bilən, millətin, dövlətin təssübkeşliyini öz üzərinə götürə bilən insanlara üstünlük vermək lazımdır”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanda kadr islahatları haqda danışarkən deyib. H.Hacıyev bu islahatlarının davamlı olmasının vacibliyini vurğulayıb:

“Azərbaycanda kadr islahatları aparılarkən onların etibarlılığı nəzərə alınmalıdır. Birinci şəxsə daha çox bağlı olan, onun siyasi xəttini ən çətin anda müdafiə etməyi bacaran insanlar lazımdı. Yoxsa biz elə filankəs gəncdi deyib vəzifəyə təyin etməyə meyllənə bilmərik, bu da yolverilməz bir haldır. Biz bunun da şahidi olmuşuq. Amma sadəcə olaraq kadr islahatları ölkədə çoxdan aparılmalı idi və yeniləriylə əvəz edilməliydi. 15-16 il nazir və ya icra başçısı olmaq olmaz. Bir misal var deyir ki, “su qaldıqça iy verir”. Yeni kadrların təyintı və bir neçə dövlət qurumlarının birləşdirilməsinin nəticəsi olmalıdır. Xalqa xidmət, rifah halının yüksəldilməsi və xeyr verilməlidir. İstəyərdim ki, daha geniş islahatlar başlasın, yəni birini çıxarıb yerinə digərini təyin etməklə o demək deyil ki, biz hər şeyi həll edirik. Ən vacibi kadr islahatlarında milli qüruru, millətə bağlılığı olan, dünyada gedən siyasi proseslərlə, daxildəki prosesləri uzlaşdıra bilən, millətin, dövlətin təssübkeşliyini öz üzərinə götürə bilən insanlara üstünlük vermək lazımdır. 
Adamlar var ki, heç Azərbaycan dilini bilmir, vətənini sevmir, amma bu gün vəzifələrdədi. Biz bunları da nəzərə almalıyıq. Düşünürəm ki, ölkə başçısı çox ciddi addımlar atır və biz bunu dəstəkləməliyik. Ciddi kadr islahatlarıyla bərabər, siyasi və iqtisadi islahatlar da başlamalıdır. Bunların hamısı önəmli məsələlərdir. Yoxsa bir sahədə kadr dəyişməklə nəyəsə nail olmaq olmaz, gənclərin də təcrübəsi olmalıdır. Bununla yanaşı, təcrübəli insanlardan da yararlanmaq lazımdır. Elə kadrlar var ki, yetmiş yaşı var, cəsarətli addımlar atır, normal kadr siyasəti aparır. Elələri də var ki, ölkəni talan edir, övladları xaricdə min-bir oyundan çıxır. Kadrların seçilməsində bütün meyarlar nəzərə alınmalıdır. Təəssüf hissi keçirirəm ki, dövlətin başına baş qaxıncı olan məmurlar hələ də vəzifədədir. Düzdü, bunu deyəndə bizə hücumlar olur. Bəzi məsələlərdə biz prinsipial olmalıyıq və bu da ondan ibarətdir ki, qabiliyyətli insanlar vəzifəyə seçilməlidir. Bizim bəzi deputatlarımız var ki, biri deyir yaxşı qaçıram, o biri deyir yaxşı üzürəm, bunlar dövlətə baş qaxıncıdı, onlarla irəli getmək olmaz. Bu gün ölkəmizə qarşı təzyiqlər var, dövlətimizi sanksiyalarla hədələyirlər. Hətta mən istərdim ki, özünü müxalifət adlandıran və “biz gəlsək, daha yaxşı işləyərik” deyənlərin ləyaqətlilərini , məsələn Qubad İbadoğlunu proseslərə qoşa bilərik, iqtisadiyyatımıza kömək edə bilər. Bizim elə sahələr var ki, cavanlar rəhbərlik edir, amma heç bir irəliləyiş əldə edə bilməyiblər. Bunların hamısı nəzərə alınmaq şərtiylə çox ciddi islahatlar aparılmalıdır. Düşünürəm ki, başlanmış iş çox uğurlu bir işdir”. 

Siam.az
Tarix: 4-11-2019, 17:21
Xəbəri paylaş





Xəbər lenti