Xatırladaq ki, dünən -yanvarın 6-da axşamdan KİV-də Paşinyanın “Facebook”dakı paylaşmasına istinadla Ermənistanın guya adambaşına düşən ÜDM-ə görə Gürcüstan və Azərbaycanı üstələməsi haqda məlumat yayılıb. İşğalçı hökumət başçısı həmin faktın yanvarın 6-da Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən açıqlandığını bildirib. Və guya Ermənistan bu göstərici üzrə regional liderə çevrilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin kürsüsündənfəxrlə bu mövzuda göstərilən iqtisadi göstəriciyə görə bölgə ölkələri arasında liderliyə çatacağına söz verdiyini xatırladıb və buna ölkə büdcəsinin talanmasına son verməklə nail olduğunu bildirib. Ancaq ertəsi gün yanlışlığa yol verdiyini anlayan Paşinyan yaxşı ki, bunu etiraf etməyə özündə cəsarət tapıb...
P.S. Amma Paşinyanın etirafı Azərbaycanı arxayın salmalı deyil. Çünki bizim neft-qazımız və oliqarxlarımızın qazancı müqabilində adambaşına gəlirimiz çox aşağıdır... Bizim sərvətlər, Allah eləməmiş, Ermənistanın əlində olsa...