MÜXALİFƏT 10 İLDƏ BİR ARPA BOYU MƏSAFƏ QƏT EDƏ BİLMƏYİBSƏ…



VƏ YAXUD, ZAMANINDA EŞİDİLMƏYƏN SƏSİN ƏKS-SƏDASI !!!

Fb-NİN GÜNDƏMİNDƏN(arxiv)

İctimai Palatanın təsis yığıncağına müraciətimiz….

FORUMA MÜRACİƏT ( İP)

Son seçki onu göstərdi ki, hakimiyyət özünü müxalifət hesab edən qüvvələri ya aldada bildi, ya da onları müxalifət funksiyasını davam etdirməyə inandırdı. Yəqin ki, bu gün burda olan istənilən partiya və təşkilatların hər hansı bir namizədi mandat əldə etsəydi, həmən təşkilat bu forumda iştiraketməyəcəkdi, digər özünün adını müxalifət qoyub MM-də əyləşənlərin sırasında olacaqdı. Bu halın keçən seçkilərdə özünü təsdiq etməsi hamının gözü qabağında baş vermişdi. Bəlkə bu da bir xöşbəxtlikdir ki, hakimiyyət bu dəfə bu imkanı vermədi.

Bu foruma toplanmaqda məqsədimiz nədir ?

Növbəti 2013 –cü il prezident seçkilərində kiminsə müxalifətin vahid namizədi olmasınıa tramplin düzəltməkdirmi?

Yoxsa hakimiyyətin cinayətkarcasına xalqın iradəsini zorlamasına etiraz etməkdirmi?

Demokratik dəyərlərin qismən də olsa bərpa olunmasına çalışmaqdırmı?

Bu mübarizənin ayrı-ayrı partiyalar səviyyəsində aparıla bilməməsi, bu günün gerçəkliyidir ki, bunu da ağlı başında olan hər bir kəs etiraf etməlidir. Bəs çıxış yolu nədədir? XALQ təzyiq edib cinayətkar hakimiyyəti özünün qəbul etdiyi qanunlara əməl etməyə məcbur edəcəkmi? Siyasi partiyalar Beynəlxalq aləmdən dəstək alıb hakimiyyəti demokratik dəyişikliklər etməyə yönəldə biləcəkmi? Ölkənin sərvətlərini cinayət yolu ilə talan edənlər, ağlını itirib hakimiyyəti xoşluqla xalqın ixtiyarına verəcəkmi? Bu qəbildən olan suallar çoxdur. Heç birinin də müsbət cavabı olmayacaq və Müxalifət qüvvələrin də ümumilikdə hazırkı durumu istədiyimiz cavabı ala bilməyəcəkdir.

Böyük birlik deyəndə yəqin ki, Azərbaycanda köklü dəyişikliyi apara biləcək gerçək siyasi addımın atılması niyyəti nəzərdə tutulur. Bunun üçün 2,3,5, və ya 10 partiyanın birləşməsinin nəyisə dəyişəcəyini görmürəm.Birləşmə bir halda,hər birimizin inanaraq qəbul etdiyi ideoloji sistemin göstərdiyi hədəfə doğru gedilən yolda ola bilər.17 ildən bəri müxtəlif adlar altında baş tutan birləşmələrin nəticəsi olmadı. Xalqın müxalifətə olan-qalan inamı da itdi. Bunu, seçkilərdə XALQIN fəallıq dərəcəsi bizə göstərdi. Mən belə hesab edirəm ki, ölkə əhalisinin əxlaqi dəyərlərinə əsaslanmayan hər hansı bir quruculuq sistemi, demokratik dövlətlə sonuclana bilməz. Məntiq və Azərbaycanın bu günkü durumu diktə edir ki, bu mübarizəyə XALQ qoşulmalıdır. Təklif edirəm, bu günkü forum, bu dəvətin başlanğıcı olsun.Deputatlığa namizədlər , partiya liderləri, QHT-lər, ayrı-ayrı təşkilatlar və vətəndaşlıq mövqeyi olan fərdlər bu müraciətin təşəbbüskarı
olsunlar:

1. Xalqı təşkilatlandırmaq və hətta ola bisin ki, uzun illər davam edə biləcək bir mübarizəyə hazırlamaq üçün Əlaqələdirmə şurası yaradılsın, təşkilata rəhbərlik kollegial olsun, texniki və icra işlərini yerinə yetirən işçi qrupun yaradılması nəzərdə tutulsun.
2. Partiyaların,onların liderlərinin ayrı-ayrılıqda təbliğat və fəaliyyətinin ön plana çəkilməsi məqsədəuyğun sayılmasın.(dondurulsun)

3. Cinayətkar hakimiyyətin və YAP–nın fəaliyyətinə heç bir reaksiya verilməsin, onların mühakiməsi XALQIN öhdəsinə buraxılsın.

İMZA:

Aydın ŞÜKÜROV

125 saylı Zəngilan-Qubadlı SD-dən namizəd

Bakı şəhəri 14 dekabr 2010-cu il

Tarix: 18-01-2020, 17:23
Xəbəri paylaş





Xəbər lenti