Deputatlığa namizəd ,bataliyon komandiri Gəray Əsədov seçiciləri ilə görüşüb
Fevralın 4-də 93 saylı Bərdə Seçki Dairəsindən deputatlığa namizəd Gəray Əsədov seçiciləri ilə görüşüb.Görüşdə yüzlərlə keçmiş döyüşçü iştirak edib. Keçmiş briqada komandiri Valeh Rəfiyev, Azərbaycanda Qarabağın Həcəri kimi tanınmış Səbirə Mahmudova da namizədə dəstəklərini nümayiş etdiriblər.Keçmiş briqada komandiri , polkovnik Valeh Rəfiyev Qarabağ müharibəsində bataliyon komandiri olmuş Gəray Əsədovun döyüş yolu haqqında məlumat verib.”Gəray Əsədov Murov dağ silsiləsindəki Koroğlu dağında yerləşmiş düşmən mövqelərinin arxasına batalyonu keçirmək kimi vacib, olduqca icrası çətin döyüş əmrini yerinə yetirib. Qarşıya qoyulan məqsəd Zod aşırımından gələn ermənilərin qarşısını almaq, aralıq mövqedə yerləşmiş düşmənin canlı qüvvəsini geri oturmağa məcbur edərkən qarşısını kəsib, məhv etmək idi. Əməliyyat olduqca uğurlu alınmışdır. Döyüşdə 5-ci Bərdə batalyonunun şücaəti sayəsində düşmənin 400 nəfərə kimi canlı qüvvəsi məhv edilmişdir. Gəray Əsədovun göstərdiyi şücaət, komandanlığı qiymətləndirilmiş, yuxarı hərbi hissəyə təqdimat göndərilmişdir.”- deyə polkovnik Valeh Rəfiyev vurğulayıb.Polkovnik keçmiş batalyon komandiri Gəray Əsədova xidmətləri müqabilində bərdəli seçiciləri səs verməyə çağırıb. 93 saylı Bərdə Seçki Dairəsindən deputatlığa namizəd Gəray Əsədov seçiciləri qarşısında çıxış edərək platforması haqqında məlumat verib. Bildirib ki, deputat olarsa Milli Məclisdə Qarabağ məsələsi ilə bağlı müntəzəm olaraq işləyəcək Qarabağ Komitəsinin yaradılmasına çalışacaq. İkinci, belə bir fəaliyyət əhalinin sosial müdafiəsini təşkil etmək üçün uşaqlara müavinətin ayrılması istiqamətində səylər göstərəcək. Görmək istədiyi, üçüncü iş döyüşlərdə iştirak edib, əlillik qazanmış şəxlərə veteran statusunu alınmasında köməklik göstərəcəkdir.Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova müstəqillik illərində bərdəlilərin fədəkarlığından danışaraq Gəray Əsədovun misilsiz əməyindən danışıb. Qarabağ döyüşlərinin başladığı günlərlə bağlı xatirələrini bölüşüb.
Gəray Əsədovun seçkidə qalib olması üçün bütün qaziləri birgə fəaliyyətə səsləyib.Çıxış edən digər natiqlər də çıxış edərək deputatlığa namizəd Gəray Əsədovun namizədliyini müdafiə etmiş, bərdəli seçiciləri seçki günü fəal olub vətənpərvər bərdəliyə səsverməyə çağırmışlar.
Tarix: 4-02-2020, 20:17