“Bizə sənin kimi deputat lazım deyil“ - Seçicilərdən deputat Tahir Mirkişiliyə etiraz - VİDEO


bitmap-img6




42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd olan deputat Tahir Mirkişili Sumqayıtda seçicilərlə görüşündə şok anlar yaşayıb.

AzFakt.com xəbər verir ki, bu barədə video yayılıb.

Vidodan görünür ki, seçicilər deputata "Bizə sənin kimi deputat lazm deyil. 3 dəfə qəbulunda oldum, lakin bizi qəbul etmədin" deyərək, açıq şəkildə onu baykot edib.

Digər seçici isə "Mən Zakir müəllimin də qəbulunda oldum, o da sənin kimi bizim başımızın altına yastıq qoyub, yola verdi bizi", - deyərək, deputata etirazını bildirib.

Daha sonra real seçicilər “Stansiya Sumqayıt”-dakı məktəbdən deputatın görüşünə zorla gətirilən müəllimləri zaldan çıxarıblar.

Görüşə qatılan sakinlər 5 ildir bu ərazidən deputat olan T.Mirkişiliyə şikayətlərini çatdırıblar, onu sərt şəkildə tənqid atəşinə tutublar.

Görüşdən sonra isə jurnalistlərdən biri "Parlamentin Prezidentin islahat siyasəti ilə ayaqlaşa bilmədiyinə görə buraxılmasına səs veribsiz. İndi niyə seçkiyə qatılıbsız?", - sualına deputat ümumi cavab verib. Daha sonra o, müəllimlərin zorla görüşə gətirilməsi məsələsinə "kimi məcburi gəıtirblər ki" deyərək, suallardan yayınəb.

Xatırladaq ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsində deputatın xeyli ciddi rəqiublər var.  Məsələn, şəhərdə ictimai fəal kimi tanınan Elçin Məmməd və tanınmış vəkil Fariuz Namazlı sonadək deputat Tahir Mirkişilinin başının üstündəki “qara buludlar” olacaqlar...




Tarix: 5-02-2020, 13:18
Xəbəri paylaş





Xəbər lenti