Başları "seçki kötüyünə" qoyulan icra başçıları... - Gözlənti


Başları "seçki kötüyünə" qoyulan icra başçıları...
"Bu semkilərdə Prezident İlham Əliyev çox sərt davranacaq, təkcə dairə sədrləri deyil, həm də MSK rəhbərliyindən cəzalananlar olacaq. Bunlar bir yana eyni zamanda bəzi rayonların rəhbərləri də məhz 9 fevraldak davranışlarına görə cavab verməli olacaqlaq". Bu sözləri DİA.AZ-a açıqlamasnda ifadə edən məlumatlı mənbə iddia edir ki, sabah və birisigün seçkilərlə bağlı "yuxarıların" yekun qərarı veriləcək.

Mənbənin söylədikləri: "Burada "yekun qərar" deyildikdə diqqətə gəlməli olan bir vacib məqam var: hökumət nə qədər sərt reaksiya verəcək".

Mənbə iddia edir ki, buna qədər mövcud olan "seçkilər boş şeydir, seçilən "seçilib"" kimi ifadələr məhz 9 fevral tarixində kökündən iflasa uğrayacaq:

"Vaxta az qalıb. Amma bütün xalq yeniləşən Azərbayacana şahidlik edəcək".
Tarix: 5-02-2020, 22:50
Xəbəri paylaş





Xəbər lenti