ABŞ konqresmenləri Qarabağdakı qanunsuz “seçki”ləri müşahidə edəcək...- DEMOKRATİK RƏZALƏT!..


“Qarabağda demokratiyanın davamlı olması çox vacibdir..."




Bir sıra ermənipərəst ABŞ konqresmenləri Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin  dəvəti ilə 31 martda keçiriləcək “prezident” və “parlament” “seçki”lərini müşahidə etmək üçün nümayəndə heyəti ilə Dağlıq Qarabağa gedəcəklərini açıqlayıblar. 

Moderator.az xəbər verir ki, bu barədə  “Amerikanın səsi” radiosunun erməni redaksiyası  məlumat yayıb.


"Əlbəttə, 31 martda “Artsax”da ədalətli seçkilərin keçirilməsini istəyirik. Buna görə də öz əməkdaşlarımı prosesi izləmək üçün oraya göndərməyə qərar verdim”- deyən  konqresmen Ceki Kançelyan Spiker bildirib ki, Dağlıq Qarabağdakı rejimi tanımayan rəsmi Bakı oradakı bütün “seçki”ləri "işğal olunmuş ərazilərdə siyasi şou" adlandırır. 

“Azərbaycanın Qarabağın müstəqilliyini tanıyıb-tanımamasından asılı olmayaraq orada həyat inkişaf edəcək.  Qarabağda demokratiyanın davamlı olması çox vacibdir"- deyə ermənipərəst konqresmen həyasızcasına vurğulayıb.

Qarabağa getməyə qərar vermiş Konqresin əməkdaşı, digər ermənipərəst konqresmen Frenk Pallonenin  baş məsləhətçisi Ceyms Conson isə belə deyib: “Mən araşdırdım və gördüm ki, “Artsax”da əvvəlki seçkilər bütün standartlara görə azad, ədalətli və şəffaf keçirilib. Ümid edirəm ki, indi də onlar  azad olacaqlar»

“Dünyaya Dağlıq Qarabağda demokratiyanın bərqərar olduğunu göstərmək çox vacibdir. Qeyd etmək istəyirik ki, “Artsax”da azad cəmiyyətin bütün standartlarına cavab verən bir demokratiya var"- deyə konqresmen Frank Pallone özü vicdansızcasına əlavə edib.

Qeyd edək ki,  bir para konqresmenin bu cür üzdəniraq cədhlərinə və Konqresin  bir sıra qərarlarına rəğmən ABŞ Dövlət Departamenti son 29 il ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən heç bir qanunsuz “seçki”ni tanımayıb.

Sultan Laçın

Tarix: 19-02-2020, 11:23
Xəbəri paylaş





Xəbər lenti