Koronavirusa Cavab İnvestisiya Təşəbbüsü adlı yardım paketi insanlara və müəssisələrə böhranın öhdəsindən gəlməyə kömək etmək məqsədi daşıyır.
Paketə Avropa İttifaqı Həmrəylik Fondunun Avropada ictimai sağlamlıq sahəsindəki fövqəladə halları da əhatə etməsi daxildir.
Avropa Parlamentinin üzvləri hava yolları şirkətlərinin reyslərini davam etdirmələri üçün həmin uçuşdakı yerlərin azı 80 faizini doldurmalı olduqlarını tələb edən Avropa İttifaqı qanununun müvəqqəti olaraq qüvvədən düşməsini təsdiqləyib.
Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya olaraq elan olunub. Avropa ölkələrindən İtaliya ölüm sayına görə ən yüksək göstəricilərə malikdir. İspaniya, Fransa, Almaniya və Böyük Britaniya kimi ölkələrdə də karantin və fövqəladə vəziyyət elan olunub. Dünyanın qabaqcıl dövlətləri və səhiyyə işçiləri vaksinin tapılması üçün davamlı araşdırmalar aparır. Artıq dünya üzrə 500 000-dən çox insanın Covid-19-a yoluxduğu təsdiqlənib.
Xəbər amerikaninsesi.org saytında dərc edilib.