“Qondarma Dağlıq Qarabağ rejiminin qanunsuz keçirdiyi "prezident seçkisində" qalib müəyyən olunmayıb”.
Cebhe.info xəbər verir ki, bunu politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, əsas ən çox səs alan namizədlər - Araik Arutunyan və Masis Mailyan ikinci tura keçiblər:
“A. Arutunyan 49,26, M. Mailyan isə 26,4 faiz səs toplayıblar. İkinci tur seçki aprelin 14-də keçiriləcək. Bu isə o anlama gəlir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın dəstək verdiyi namizədlər ikinci turda yarışacaq. Bu da “Qarabağ klanı”nın qondarma Qarabağ rejimindəki hakimiyyətinin sonu, Rusiya və Sarkisyan-Köçəryan klanının məğlubiyyəti deməkdir. Bununla da Paşinyan Dağlıq Qarabağ üzərindəki hərbi-siyasi nəzarətini təmin edəcək”.