“Əsabil Qasımovun qardaşı oğlu evimi başıma UÇURDU, məni yerdə SÜRÜDÜ” - eks polis rəisindən ŞOK MÜSAHİBƏ (Video)
TV Müsavatın “Canlı debat” verilişinə qonaq olan eks polis rəisi Mahmud Hacıyev sensasion açıqlamalar verib. O, Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə tanınan, onun dəstəyi ilə ölkədə tikinti və biznes maqnatına çevrilən eks deputat Əsabil Qasımovun əməllərindən danışıb. M.Hacıyev yaşadığı evin Ə.Qasımovun qardaşı oğlu tərəfindən uçurulduğunu, sonuncunun onu maşın yolunda yerlə sürüdüyünü bildirib.
M.Hacıyev TV vasitəsilə müvafiq qurumıara müraciət edib və etdiyi şikayətlərin heç bir nəticə verməməsindən şikayətlənib: “Tək ümidim Ramiz Mehdiyevin həbs xəbərindən sonra Əsabil Qasımov və onun əsabələrinin bir qədər qorxub çəkinmələridi. Çünki onların əsas dayağı Mehdiyev idi. Amma bu iş sona çatdırılmalı və Qasımov sülaləsi qanunsuzluqlara görə cavab verməlidir” Müsahibənin geniş versiyası ilə aşağıdakı videoda tanış ola bilərsiz.